“Azərbaycanın Şimali Kiprə verdiyi dəstək hər gün artır” — Millət vəkili

TURİZM 19 fevral 2025, 16:22
“Şimali Kipr Türk Cümhuriyyəti 1983-cü  ildə yaradılmış dövlətdir. Türkiyə Respublikası, ardından isə Azərbaycan Respublikası tərəfindən tanınıb və dəstəklənmişik. Məqsədimiz hər keçən gün türk dünyasında daha çox tanınmaqdır”. 

Bunu Demokrat.az-a eksklüziv açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin millət vəkili, Şinali Kipr Sağlamlıq Turizmi Komitəsinin sədri Əhməd Savaşan deyib. 

O qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında başda ticarət olmaqla təhsil və turizm sahəsində də əməkdaşlıqlar qurulur:

“Hər iki qardaş ölkənin bizə verdiyi dəstək olduqca çoxdur. Hər keçən gün bu əməkdaşlıq daha da inkişaf edir, böyüyür. Ümid edirəm ki, qarşımızdakı illərdə Şimali Kipr Türk Cümhuriyyətinə Azərbaycandan daha çox insan turizm və təhsil üçün gələcək. Biz özümüz də bu yaxında Azərbaycan Respublikasının Milli Məclisinə dəvət edildik. Orada iqlim dəyişikliyinin sağlamlığa vurduğu neqativ təsirləri danışdıq, müzakirələr apardıq”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın Şimali Kiprə verdiyi dəstək hər keçən gün daha da artır:

“Şimali Kipr ilə Azərbaycan arasında turizm başda olmaqla bir çox sahələrdə əməkdaşlıqlar inkişaf etdirilir. Önümüzdəki 1 -1,5 ay içərisində Yeni Azərbaycan Partiyası ilə Şimali Kiprin Milli Birlik Partiyası arasında  gənclərin görüş keçirilməsi planlaşdırılır. 

Türkiyə, Azərbaycan, Şimali Kipr əlaqələrini daha da genişləndirmək niyyətindəyik. Bunun üçün bütün dostlarımızla canla-başla çalışırıq. Şimali Kipr dəniz sahilində olan bir ada, bir dövlətdir. Hazırda turizmçilərimiz iki ölkə arasında olan çeşidli tur paketləri üzərində işləyirlər. Bakıda Şimali Kiprin turizm mərkəzi var. Təmsilçimiz orada bu işlər üçün səylə çalışır.  

Hazırda ölkəmizdə 1.3 milyon turist var. Bunların çox az qismi Azərbaycandandır. Hədəfimiz onun ən az yüzdə 10-20 faizinin Azərbaycandan gələn qardaşlarımızın olmasıdır. 

Qarşılıqlı iki ölkə arasında turist axını 5000 nəfər civarıdır. Bunun bir il içində 2 dəfə çox olmasını arzu edirik.  Sağlamlıq turizmi Şimali Kiprdə geniş yayılmış turizm növüdür. Yenə Azərbaycandakı əməkdaşlarımızla bu məsələ üzrə işlər aparırıq. Azərbaycan bizim üçün çox önəmli müttəfiqdir. Dəstəklərini çox görürük. Bunun üçün də Azərbaycana təşəkkür edirik”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top