Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü

XARİCİ SİYASƏT 19 fevral 2025, 12:35
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Bu barədə Demokrat.az Azərbaycanın İsraildəki səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd edilib ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.

"Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib", - paylaşımda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top