Gəncə şəhərində 1997-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Yeganəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 noyabr 2023-cü ildə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Təzə Şəmkir” Avtovağzalında baş verib.
Fərid orada dayanıqlı vəziyyətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı Yeganənin yanında əyləşdikdən sonra onun naməlum avtomobildən düşməsini bəhanə edib. O, özündə olan bıçaqla keçmiş arvadına zərbələr endirib. Onun təpə-ənsə və boyun nahiyyələrinin kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirib.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Yeganə ilə 2018-ci ildən ailə həyatı qurub və həmin nikahdan iki övladı olub: “2022-ci ildə Yeganə ilə aramızda şəxsi münasibətlər zəminində mübahisə olduğundan ayrıldıq. Ayrıldığımız vaxtdan da 2 azyaşlı övladım mənimlə birlikdə yaşadı. Təxminən 2023-cü ilin avqust-sentyabr aylarında Yeganə uşaqları məndən almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 30 noyabr 2023-cü ildə Gədəbəy Rayon Məhkəməsi tərəfindən məhkəmə prosesinə dəvət edildiyi üçün Gəncə şəhəri, “Təzə Şəmkir” avtovağzalına gedib və orada mikroavtobusa yaxınlaşıb: “Özüm üçün mikroavtobusda bir nəfərlik yer saxlatdım. Mikroavtobusun yaxınlığında siqaret çəkən zaman “Mercedes” markalı avtomobil mikroavtobusun yanında saxladı. Yeganə həmin avtomobildən düşdü. Mən həmin avtomobilin sürücüsünə yaxınlaşaraq saxlamağını istədim. Lakin sürücü istəyimə məhəl qoymayaraq avtomobili sürərək oradan uzaqlaşdı. Yeganə mənim Gədəbəyə gedəcəyim mikroavtobusa daxil olaraq arxa oturacaqda əyləşdi. Mən də siqaretini çəkdikdən sonra mikroavtobusa mindim və Yeganənin yanında əyləşdim. Həmin vaxt Yeganəni qısqandım və onu qorxutmaq məqsədilə “Mercedes” markalı avtomobilin sürücüsünün kim oluğunu soruşdum. O, isə cavab vermədiyindən əsəbləşdim və üzərimdə olan bıçağı çıxararaq ona bir neçə dəfə baş, boyun nahiyyələrindən zərbələr endirdim”.
Fərid bildirib ki, daha sonra avtobusdan düşərək hadisə yerindən kənarlaşıb: “Mən mikroavtobusdan düşdükdən sonra bir neçə metr qabağa getdikdən sonra polis əməkdaşlarının olduğunu gördüm və onlara hadisə barədə məlumat verdim. Sonra məni polis idarəsinə gətirərək təhvil verdilər”.
Təqsirləndirilən şəxs arvadını hədələməsi ilə bağlı səs yazıları barədə olan ittihamla bağlı belə ifadə verib: “Boşanacağımız halda uşaqlarımı anası Yeganəyə vermək istəməmişəm. Buna görə də Yeganəni qorxutmaq üçün “sənin başına oyun açacam” demişəm. Mənim Yeganəni öldürmək niyyətim olmayıb. Yalnız onu qorxutmaq məqsədim olub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Yeganənin sözlərinə görə, Fərid ilə 2018-ci ildə ailə həyatı qurub və 2022-ci ildə aralarında yaranmış münaqişəyə görə ayrılıblar: “Biz ayrıldıqdan sonra birgə nigahdan olan 2 övladımı Fərid mənə vermədi və mənə səsli mesajlar göndərdi, məni öldürməklə hədələdi. Mən uşaqlarımı almaq üçün Gədəbəy rayon Məhkəməsinə müraciət etdim. Gədəbəy rayon Məhkəməsi tərəfindən 30 noyabr 2023-cü ildə, saat 15:00-da məhkəmə prosesinə dəvət olundum. Mən Gəncə şəhər avtovağzalına getmək üçün yol kənarında dayanmış dövlət qeydiyyat nişanını və markasını xatırlamadığım taksi ilə “Təzə Şəmkir” avtovağzalına getdim. Avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa mindim. Təxminən 10-15 dəqiqə sonra Fərid əyləşdiyim mikroavtobusa əyləşərək baş və boyun nahiyəmə bıçaqla xəsarət yetirdi. Bıçaq əlindən düşdükdən sonra isə mənə əl-ayaq zərbələri vurdu. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığım şəxslər mikoavtobusun arxa qapısını açaraq məni arxa oturacaqların altından dartıb çıxardılar. Təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım gəldi”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. Onlar şikayətlərində göstəriblər ki, təqsirləndirilən şəxsə kifayət qədər az cəza verilib. Şikayətdə təqsirləndirilən şəxsin cəzası 5 ilə qədər artırılması təklif olunub.
Təqsirləndirilən şəxs də barəsində olan hökmdən apellyasiya şikayəti verib. O, təyin olunan cəzanın ağır olduğunu deyib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Hər iki tərəfin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az