Zelenski Ər-Riyadda keçirilən görüşündən narahatdır

DÜNYA 18 fevral 2025, 21:48
Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqları ilə bağlı məlumatlar toplamağa çalışır.

Demokrat.az
xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Zelenskinin Putin və Tramp arasında sövdələşmədən qaçmaq zərurəti ilə üzləşdiyi bildirilir. Jurnalistlərin fikrincə, bu razılaşma Ukraynanı çətin seçim qarşısında qoya bilər.

 Məlumata görə, Rusiya və ABŞ fevralın 18-də Ər-Riyadda danışıqlar  apararkən Zelenski Türkiyədə beynəlxalq ictimaiyyətin dəstəyini almağa çalışıb. Bu gün Ukrayna prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək  Rusiya -Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə edib. Söhbətin mövzularından biri də Ankaranın Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətləri olub.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top