Qazax rayonunda 1997-ci il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Lətafətə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif anası Lətafət ilə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı 25 fevral 2024-cü ildə, saat 17 radələrində birgə yaşadıqları Qazax rayonunun kəndində yerləşən evin eyvanında mətbəx kimi istifadə edilən yerdə qəsdən bir neçə dəfə anasının sifət nahiyyəsinə əli ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vaqifin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir: “Şəxsi təsərrüfatımda olan xırdabuynuzlu heyvanları saxlayaraq maddi qazanc əldə edirəm. Qazax rayonunun kəndində mərhum atamın adına olan fərdi yaşayış evində arvadım Leyli, 5 yaşlı uşağım Oğuz və anam Lətafət ilə birlikdə yaşayıram. 2023-cü ilin aprel ayında arvadım Leyli ilə aramızda mütəmadi olaraq baş verən söz mübahisələrimiz nəticəsində Leyli azyaşlı uşağımızı da götürərək öz atası evinə getdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 25 fevral 2024-cü ildə Qazax rayonunun kəndindəki evlərinə gəlib: “Həyətdə işləyən anamdan qaynatamgilə gedərək arvadımı gətirməsini xahiş etdim. Lakin anam razılaşmadı. Buna görə aramızda sözlə mübahisə oldu. Oradan evə daxil oldum. Həmin gün, saat 17 radələrində yaşadığımız evin eyvanında mətbəx kimi istifadə edilən yerdə əlim ilə anamın sifət nahiyəsinə vurdum. Sonradan əməlimdən peşman oldum, anamdan üzrxahlıq etdim. Anam mənimlə barışıb”.
Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vaqif 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulub.
Fariz Məlikli
Demokrat.az