İcra başçısı xəstəxanada şəhid ailələri və qaziləri ziyarət etdi — FOTOLAR

SİYASƏT 17 fevral 2025, 14:51
Hacıqabul rayonunun rəhbərliyi tərəfindən keçirilən tədbir çərçivəsində, Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicə altında olan şəhid ailələri və Vətən Müharibəsi iştirakçılarını ziyarət edib.

Demokrat.az-ın məlumatına görə, görüş zamanı Hətəmov, xəstəxanada müalicə olunan şəxslərin vəziyyətini yaxından izləyərək, onların səhhətinin daimi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb. O, həmçinin xəstəxananın rəhbərliyinə müalicənin davam etdirilməsi və şəhid ailələri ilə qazilərin rahatlığının təmin olunması üçün əlavə tədbirlərin görülməsi tapşırığını verib.

Ziyarətə dəvət olunan şəxslər arasında Vətən Müharibəsi şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun anası Bağıyeva Güldanə İsmayıl qızı; şəhid Musayev Çingiz Qəribxan oğlunun bacısı Şahbazova Səadət Qəribxan qızı; Meyniman kənd sakini, Vətən Müharibəsi iştirakçısı və “Şücayətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş 3-cü qrup əlil Heydərov Tural Xaliq oğlu; həmçinin Hacıqabul şəhər sakini, müharibə iştirakçısı Dəmirov Fariz Səməd oğlu yer alıb.
















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top