"Təhsil xalqın gələcəyidir və hamının həssas yeridir. Bu və ya digər şəkildə təhsillə bağlıyıq. Hər birimizin evində şagird, tələbə, pedaqoqlar var. Ona görə də sosial sahədə olan məsələlər kimi təhsildə olan məsələlər də hər zaman müzakirə mövzusuna çevrilir. Təhsildə başlayan islahatlar ən az 15 il sonra bəhrəsini göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
"Ölkəmizdə təhsil sahəsində kifayət qədər islahatlar keçirilir. Təhsil Nazirliyi tez-tez brifinqlər keçirir, görülən işlər haqqında məlumat verilir. Məktəblərdə təbii olaraq problemlər də meydana gəlir. Heç kim deyə bilməz ki, keçmişdə daha az problemlər olurdu. Hansıs hadisə baş verdikdə video çəkilir, tez bir zamanda yayılır, nəzarət mexanizmi yaranır. Əvvəllər daha çox hadisələr olsa da, məlumatlılıq yox idi. İndi bir anda baş verən hadisə böyük kütləyə çatır, elə bilirik ki, nələrsə qaydasında deyil".
O bildirib ki, təbii ki, hər şey qaydasında deyil:
"Çünki məktəbləri hələ də uğurla idarə edə bilməyən direktorlar, müəllimlər var. Bu hallarla mübarizə aparılır. Bizi ən çox narahat edən şagirdlərin davranışlarıdır. Valideynlər də övladları ilə bağlı məsələlərə biganə yanaşırlar. Valideynlər, müəllimlər, direktorlar birgə işləməlidirlər. Zaman-zaman həm müəllimlərin, həm də şagirdlərin bir-birinə qarşı etik olmayan davranışlarını görürük. Müəllimlik müqəddəs peşədir. Ölkəmizdə bu müqəddəs adı daşıyan əsl pedaqoqlar çoxdur. Onların zəhməti nəticəsində savadlı insanlar yetişib. Mənfi davranış sərgiləmək şəxsin özündən asılıdır. Mənfi hallar mütləq araşdırılmalıdır. Regional təhsil idarələri, nazirlik belə hallara reaksiya verməli, məsələ qısa zaman ərzində həll olunmalıdır. Hadisə deyildiyi kimidirsə, müəllim cəzalandırılmalıdır. Cəmiyyət rəngarəngdir. Məktəbdə də bu tip müəllimlər və ya şagirdlər ola bilir. Müəllimlər etik davranış qaydalarına riayət etməli, valideynlər övladlarına yaxşı nümunə olmalıdırlar".
Qeyd edək ki, bir neçə gün öncə Gəncədə şagirdin müəllim tərəfindən döyülməsi barədə ittiham irəli sürülüb. Fakt araşdırılır.
Əfsanə Kamal
Demokrat.az