![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/15/1/a0743785-db04-444d-b8ad-5e618aea0112/sgg4oxcksp2sffbpmpbym4jjlv0fac8xjfubppnt.jpg)
Birləşmiş Ştatların Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə borc müqabilində Ukrayna torpaqlarını emal üçün ABŞ-yə verməyi təklif etməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Tramp bildirib ki, ABŞ xərclədiyi bütün pulları geri istəyir. Bunun üçün 500 milyard dollar ekvivalentində nadir torpaq minerallarını Ukraynadan tələb edir. Maraqlıdır ki, Zelenski əvvəlcə bu təklifə razı olsa da, sonda fikrini dəyişdiyi iddia edilib. Belə ki, "The Washington Post"un köşə yazarı Coş Rogin bildirib ki, Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50 faizinə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib. Zelenski ABŞ nümayəndələri ilə Ukrayna konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini səsləndirib. Maraqlıdır ki, ABŞ senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra Donald Trampın təklifinin təkmilləşməyə ehtiyacı olduğunu deyib, lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, D.Tramp vaxtilə seçicilərinə Ukrayna ordusuna verilən hərbi yardımı dayandıracağını vəd etsə də, indi bunun qeyri-mümkün olduğunu görür, ona görə də bu prosesi lehinə çevirməyə, yəni ABŞ-nin, əslində, prosesdən faydalandığını göstərməyə çalışır:
"Əslində isə Ukraynada nadir resursların böyük dəyəri yoxdur. Amma burada bir neçə vacib məqam var. Əlbəttə, Ukraynada nadir torpaq materialları var, lakin böyük hissəsi Rusiyanın nəzarətinə keçən Donbas və "Novorossiya" ərazisində yerləşir. Məsələn, bunlardan məşhuru Rusiya ordusu tərəfindən iki ay əvvəl ələ keçirilmiş Şevçenko qəsəbəsindəki litium metal yatağıdır. ABŞ-nin Ukraynanın başqa ərazilərindən əldə edə biləcəyi digər heç bir nadir torpaq elementi yoxdur. Birləşmiş Ştatlar nadir torpaq elementlərini Argentina, Çili, Boliviya, həmçinin bir çox nadir torpaq elementləri ilə məşhur olan müttəfiqi Avstraliyadan da əldə edə bilər. Çünki Ukraynada elə bir mineral yoxdur ki, ABŞ onu başqa müttəfiqlərindən ala bilməsin. Buna görə də nadir torpaq elementləri məsələsi çox sünidir".
"Ukraynanın ərazisinin böyük bir hissəsini qara torpaqlar təşkil etdiyindən əkinçilik üçün çox əlverişlidir. Artıq bu torpaqların əksər qismi böyük transmilli korporasiyalar tərəfindən alınıb. "BlackRock" və "The Vanguard Group" şirkətləri burada üstünlük təşkil edir. "BlackRock" isə Ukraynanın təbii sərvətlərinin əsas alıcılarındandır. Yəni Ukraynada ABŞ-nin alması üçün xüsusi nəsə qalmayıb", - deyə politoloq bildirib.
Amerikalı siyasi şərhçi İrina Tsukerman isə Oxu.Az-a açıqlamasında deyib ki, Donald Trampın Volodimir Zelenskiyə bu təklifi Rusiya ilə davam edən münaqişədə Kiyevin müdafiə imkanlarını və iqtisadi sabitliyini gücləndirməyi hədəfləyir:
"Lakin Prezident Zelenskinin münaqişəni bitirmək, tez və davamlı sülh əldə etmək üçün Rusiya ilə ərazi mübadiləsi barədə danışıqlara açıq olduğunu göstərən məlumatlar da var. ABŞ ilə mineral ehtiyatlarla bağlı tərəfdaşlıq təklifi isə Ukrayna ərazisinin ABŞ-nin nəzarətinə keçməsini nəzərdə tutmur. Əsas məqsəd müharibənin sonunda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də mövqeyini gücləndirməkdir".
"Tramp müharibədən sonra Ukraynanın bərpa və inkişafında yaxından iştirak etmək istəyir. Münaqişədən sonra ən yaxşı halda əldə edilə biləcək variant bəzi ərazilərdə uzunmüddətli icarə müqaviləsidir, ərazilərin birləşdirilməsi yox. Böyük ehtimalla, bu təklif tezliklə unudulacaq və ya hər iki tərəfin ciddi şəkildə nəzərdən keçirdiyi cari təkliflər üçün daha yaxşı şərtlər əldə etmək məqsədilə istifadə ediləcək", - deyə analitik əlavə edib.