![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/15/1/5500d267-26b5-4d97-9e6a-9e478f672cd9/1739603699203465348_1200x630.jpg)
Bu gün şahmat üzrə Azərbaycan çempionatına yekun vurulacaq.
Demokrat.az xəbər verir ki, mükafatçıların adına tay-brek görüşlərindən sonra aydınlıq gələcək.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, qadınların yarışında isə Gövhər Beydullayeva və Günay Məmmədzadə öz aralarında qalibləri müəyyənləşdirəcəklər. Hər iki dueldə ilk 2 oyundan sonra hesab bərabərdir - 1:1.
Qadın şahmatçılar arasında 3-cü yer uğrunda qarşılaşmada isə Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva münasibətlərinə tay-brekdə aydınlıq gətirəcəklər.
Həlledici qarşılaşmalar saat 15:00-da start götürəcək.
Qeyd edək ki, kişilərin mübarizəsində Teymur Rəcəbov səhhətindəki problemlə əlaqədar 3-cü yer uğrunda görüşlərə çıxmadığından Misrətdin İskəndərov avtomatik olaraq bürünc medala sahib çıxıb.