Hakan Fidan ilə ABŞ-nin dövlət katibi Cənubi Qafqazı müzakirə edib

DÜNYA 15 fevral 2025, 09:32
ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə amerikalı diplomat “X” səhifəsində yazıb

Dövlət Departamentinin rəhbəri qeyd edib ki, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

“Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik”, - deyə o vurğulayıb.

Görüş zamanı tərəflər Suriyadakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, daha əvvəl Anadolu agentliyi Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərlərinin görüşü barədə məlumat vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top