Qlobal istiləşmə kakao böhranına səbəb olur

DÜNYA 14 fevral 2025, 18:13
Ötən il Qərbi Afrikada həftələrlə davam edən həddindən artıq istilər qlobal şokolad istehsalının əsasını təşkil edən kakao yığımına mənfi təsir edib.

 Demokrat.az
xəbər verir ki, araşdırmalara görə kakao istehsalı üçün ideal temperatur səviyyəsinin 32 dərəcə olduğu bildirilib. Son on ildə bu səviyyədən yuxarı olan isti günlərin sayının üç həftə artdığı müəyyən edilib. 2023-cü ildə 42 gün ərzində 32 dərəcədən yuxarı temperatur müşahidə edilib.

Qərbi Afrikadakı kakao fermerləri iqlim dəyişikliyinin yaratdığı hava şəraitinə qarşı həssasdırlar. Hesabatda kakao istehsalının 2023-cü ildə həddindən artıq yağıntı nəticəsində zərər görəcəyi, 2024-cü ildə isə quraqlığın mənfi təsir göstərəcəyi bildirilir.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top