"Bu gün ifşa edilmiş agentlərin ifşasından daha çox, ifşa edilməmiş agentlərə fokuslanmalıyıq" —Deputat

GÜNDƏM 13 fevral 2025, 12:46
“Azərbaycan ictimai mühiti bəzilərinin düşündüyündən daha savadlı bir ictimai mühitdir. Azərbaycanlı orta statistik intellektual təfəkkürü analitik təfəkkürü təhlil etməyi bacarır. Ona görə də bu gün bəhs edilən agentlər haqqında Azərbaycan ictimai rəyində hələ onlar vəzifədə olarkən formalaşmış bir rəy vardır ki, onlar agentdilər”. 

Bunu Demokrat.az-a açıqlamasında  millət vəkili Hikmət Babaoğlu deyib.

O əlavə edib ki, ifşa olunmuş rus agentlərinin yenidən ifşa olunmuş kimi təqdim olunması o qədər də faydalı deyil:

“Bu gün biz hazırda ifşa olunmamış agentlərə fokuslanmalıyıq. Onları ifşa etməliyik. İfşa olunmamış agentlər bu gün Azərbaycana daha böyük ziyan vura bilərlər. Məsələnin yaxşı tərəfi odur ki,  Azərbaycan kollektiv şüuru təqribən bilir onlar kimdir. Yaxşı olar ki, bugünkü mürəkkəb mərhələdə potensial olaraq milli məraqlarımıza zərbə vuracaq həmin şəxsləri nə qədər ki, gec deyil ifşa edək. Belə şəxslər faktiki olaraq çox şaxəli şəkildə çox yerlərə yayılıblar. Həmin şəxslər çox şaxəli mərkəzlərə bağlı olaraq belə bir fəaliyyətlə məşğul olurlar. Çox sevindiricidir ki, son dövrlərdə Azərbaycan Prezidentinin siyasi qətiyyəti və hüquq-mühafizə orqanlarımız, xüsusən də Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi peşəkar əməliyyatlar sayəsində həmin şəxslər ifşa olunurlar. İfşa edilməkdə də davam edəcəklər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top