Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib

İDMAN 12 fevral 2025, 00:16
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Demokart.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).

M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.

Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-breykdə müəyyənləşəcək.

Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədova ilə tay-breykdə qarşılaşacaq.

Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 23:55
Top