2019-da dünyanın ən güclü pasportları hansılar oldu? - REYTİNQ…

SİYASƏT 08 noy 2019, 10:09

Planetin ən güclü pasportlarının yeni reytinqi açıqlanıb. 

 

“Henley və Partners” şirkəti illik viza rejimləri indeksini dərc edərək 219 ölkənin pasportlarını sahiblərinin giriş vizası olmadan müraciət edə bildikləri ölkələrin sayına görə qiymətləndirib.

 

Ötən il olduğu kimi,  bu il də Yaponiya və Sinqapurun pasportları səyahət etmək üçün ən yaxşısıdır. 2018-ci ildə həmin passport sahibləri 180  ölkəyə gedə bilirdilərsə, indi  eyni sənədlərlə 190 ölkənin qapılarını açırlar. Cənubi Koreya, Almaniya və Finlandiyanın 188 ölkə ilə vizasız səyahət müqavilələri var.  Danimarka,  Lüksemburq və ABŞ-ın 172 ölkə ilə vizasız səyahət müqavilələri mövcuddur. Fransa, İsveç, İspaniya, Avstriya, Hollandiya, Portuqaliya vətəndaşları 185 ölkəyə azad şəkildə gedirlər. Norveç, İsveçrə, Böyük Britaniya, Belçika, Yunanıstan, İrlandiya pasportlarının sahibləri 184  ölkəni sərbəst ziyarət edə bilərlər.

 

Birləşmiş Ərəb Əmirlikləri son illərdə beş pillə irəliləyərək reytinqin 15-ci pilləsinə qalxıb. Hazırda  BƏƏ vətəndaşları 172 ölkəyə baş çəkə bilərlər. 

 

İsrail pasportu bu reytinqdə 22-ci yerdədir- bu səyahət sənədi sahibinə 159 ölkəyə səfər etmək imkanı verir. 

 

Rus qartallı pasport reytinqdə 48-ci yerdədir. Rusiya vətəndaşının sənədi Moldovanınkına bir mövqe uduzur və dünyanın 117 ölkəsinə girməyə imkan verir.

 

Dünyanı gəzmək ən çətin durumda Sudan, Yəmən, Pakistan, Somali, Suriya, İraq və Əfqanıstanın pasport sahibləridir.

 

P.S. Göründüyü kimi və təəssüf ki, Azərbaycan Respublikası pasportunun adı  çəkilmir…  (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top