Rusiyalı nazir minaya düşdü — FOTOLAR

DÜNYA 11 fevral 2025, 15:15
Rusiyanın Yakutiya vilayətinin gənclərlə iş və sosial kommunikasiyalar naziri Pyotr Şamayev Ukrayna ilə müharibə zonasında piyada əleyhinə minaya düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə nazirin özü teleqram kanalında məlumat verib.

O bildirib ki, ərazidə kəşfiyyat apararkən piyada əleyhinə minaya basıb və ağır yaralanıb.

Şamayevin sözlərinə görə, o, hazırda Moskvada xəstəxanada müalicə alır və orada bir neçə dəfə əməliyyat olunub.

Xatırladaq ki, fevralın 3-də Yakutiya hökumətinin sədri Kirill Bıçkov Şamayevin yaralandığını bildirmişdi.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top