İranın Trampdan gözləntisi özünü doğruldacaqmı? — AÇIQLAMA

DÜNYA 11 fevral 2025, 19:11
"Donald Trampın prezidentliyi dövründə ABŞ ilə İran arasındakı münasibətlərdə müəyyən yumşalmalar müşahidə edilə bilər. Tramp inaqurasiya mərasimində bildirmişdi ki, onun prezidentliyi  dövründə ABŞ-nin xarici siyasi aqressiv müdaxilədən daha mötədil yanaşmalara keçəcək".

Bu sözləri Demokrat.az-a açıqlasında politoloq Tural İsmayılov deyib. 

O bildirib ki, Trampın birinci prezidentliyi dövründə ABŞ və İran arasında yumşaq xətt görünürdü, İran nüvə və uranın zənginləşdirilməsi ilə bağlı siyasətində geri addım atmışdı, ABŞ-nin çağırışlarına müsbət geri dönüş etmişdi:

"Trampın birinci prezidentliyi dövründən olan təcrübə, bundan sonrakı əlaqələr konteksində İranla   münasibətlərdə sərt xətt üzrə deyil, daha konstruktiv münasibətin şahidi olacağıq. İran prezident səviyyəsində ABŞ-dən İran siyasətində radikal addımlar atmamağı və Demokratlar dövründəki aqressiv yanaşmanın aradan qaldırılmasını istəyir. Ancaq bu sadəcə ABŞ-a bağlı məsələ deyil. İran da yumşaq addımlar atmağı bacarmalıdır. Bütün bunlar olarsa, iki ölkə arasınsa barışcıl münasibətin şahidi ola biləcəyik".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top