Bu məhsullardan istifadə insan sağlamlığına ciddi ziyan vurur — Həkim MƏSLƏHƏTİ

SOSİAL 11 fevral 2025, 17:46
Fevral ayının olmasına baxmayaraq, havalar bir gün isti, digəri gün isə soyuq keçir. Bu da daha çox xəstəliklərin yayılmasına şərait yaradır.

Bəs, özümüzü belə havalardan necə qoruyaq? Ümumiyyətlə, qış ayında havanın belə keçməsi orqanizm üçün nə qədər zərərlidir?

Məsələ ilə bağlı həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, səhətimiz sərt iqlimə öyrəşməyib:

“Bu da geyimimizdə özünü büruzə verir. Nəzərə alınmalıdır ki, gündəlik xəbərlərdə axşam və yaxud səhərlər hava proqnozu mütləq şəkildə qeyd olunur. Onu uyğun olaraq geyimlər geyinilməlidir. Nəqliyyat vasitələrində üst geyimləri çıxarılmalıdır. Çıxarılmadıqda tərləyirik, çölə çıxdıqda isə artıq bizə soyuq olur. Bu xəstəliyi yaradan ilkin amillərdən biridir. Təbii ki, çox sıxlıq olan yerlərdə maska istifadəsi mütləqdir. İnsanlar özlərini bir az da olsa narahat hiss etdikləri zaman dərhal düzgün qaydada müdaxilələr olunmalıdır. Hazırda maskadan istifadə məqsədə uyğundur”. 

Həkim qeyd edib ki, sağlam qida, sağlam həyat tərzi insanları hər cür virus və bakteriyalardan mütləq şəkildə qoruyur:

“Ümumiyyətlə, insanlar konserviləşdirilmiş məhsullardan istifadə etməsinlər və yaxud da çox az istifadə etsinlər. Sağlam həyat tərzi bizi bütün xəstəliklərdən qoruyacaq. Oldu ki də artıq biz virusa yoluxduq bu zaman mütləq şəkildə ailə həkiminə və yaxud da terapevtdə müayinə olunmaq yaxşı olar.  Çünki öz başına hər hansı bir preparatın təyin olunmasının əks-təsiri ola bilər. Daim həkimlərdən tövsiyyə alınmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top