Vahid Əziz: “Ramiz Mehdiyev qoca kişidir, getsin ömrünü yaşasın”

GÜNDƏM 11 fevral 2025, 19:29
Azərbaycanda Rusiya şəbəkəsinin olduğu artıq faktlarla da belə təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub. Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. 

Vaxtıilə Ramiz Mehdiyevin yolunu kəsdiyi şəxslərdən biri xalq şairi Vahid Əziz olub. Ramiz Mehdiyev hətta, xalq şairini məhkəməyə belə verib.

Xalq şairi Vahid Əziz Demokrat.az-a açıqlamasında  bildirib ki, Ramiz Mehdiyevlə onun arasında söhbətlər 20 il əvvəl olub:

“Bu məsələdən artıq xeyli vaxt keçib. Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir. Heç vaxt yıxılana balta çalmıram. Ramiz Mehdiyev qoca kişidir, getsin ömrünü yaşasın. O vaxtı mənə nə pislik edibsə, edib. Mən öz yerimdəyəm. Allah məni saxlayıb. Onun da günahlarını özü bilər, Allahı bilər. Həyatda hər şey olur. Adam xırdaçı olmaz”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top