"Neftçi" – "Qarabağ" matçının biletləri satışa çıxarıldı

İDMAN 11 fevral 2025, 20:13
Misli Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" – "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Klubdan verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq oyuna biletlərin qiyməti 3, 5, 10, 20, 30 və 100 manat təşkil edir.

Bletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

"Neftçi Arena"nın kassalarında isə "Forza" və "Qərb 2" sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü, saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı fevralın 16-da, saat 19:00-da start götürəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top