Deputat Ukraynanın ABŞ-ın 52-ci ştatı olmasını təklif edib

DÜNYA 10 fevral 2025, 22:45
Ukrayna Ali Radanın deputatı Maryana Bezuqla Telegram kanalında Ukraynanın ABŞ-ın 52-ci ştatı olmasını təklif edib.

Demokrat.az xəbər verir ki, Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Ağ Ev rəhbərinin sözlərinə görə, o, Panama kanalını da ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir. Amerika liderinin açıqlamaları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Xüsusilə Tramp qeyd edib ki, Kanada ABŞ-ın 51-ci ştatı kimi daha yaxşı vəziyyətdə olacaq. Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 08:43
Top