Paşinyan və Makron Bakı-İrəvan danışıqlarını müzakirə ediblər

DÜNYA 10 fevral 2025, 23:15
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla Bakı-İrəvan danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər.

"Report" bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir.

Paşinyan bildirib ki, İrəvan sülh gündəliyinə və kommunikasiyaların bərpasına sadiqdir.

Görüş zamanı ikitərəfli münasibətlər kontekstində enerji, yol tikintisi, təhsil, turizm və infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq müzakirə edilib.

Qeyd edək ki, Paşinyan Fransada işgüzar səfərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 09:20
11 fevral 2025, 08:43
Top