![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/11/1/1a1d4b90-18cd-48b5-9751-464d9a187202/476317875_1180145250778358_7694165476093964416_n.jpg)
Vaqif Cavadov 2,5 illik müqaviləyə imza atandan sonra "Sumqayıt"ın sifəti çönüb.
Yeni ildən bəri nəticələri çox pisləşib.
Adamın dili gəlmir bədbin proqnoz verməyə, ancaq deməyə məcburuq - deyəsən, Cavadovun bir atımlıq barışı varmış.
"Sumqayıt" onun rəhbərliyi altında sonuncu dəfə «Neftçi»ni udub. Onun da üstündən bir xeyli keçib. Komanda bu müddətdə 7 oyun keçirib: altısı Premyer Liqaya, biri kuboka aid.
Heç birində qələbəyə sevinə bilməyiblər. Gərək qol, yaxud vursunlar ki, qalibiyyət onların olsun.
"Sumqayıt" bu qarşılaşmaların heç birində rəqiblərin qapısına yol tapmayıb. Meydanda "Oruc" tutmaq olar e, amma bu qədər yox da!
Bildiyimə görə, Vaqif Cavadov mövhumatçı və ya xuravatçı deyil. Yaxşı ki, onun çevrəsində belə adamlar da gəzib-dolaşmır.
Yoxsa ona deyərdilər ki, ay qardaş, get, özünü mollaya göstər, gör, sənə, komandaya «əməl» ediblər, ya necə, bəlkə ayağınızı bağlayıblar?
Deyək ki, "Sumqayıt"lılar cərimə meydançasına yaxınlaşa, qol epizodu yarada bilmir, statistikanın üzərinə qalın adyal çəkmiş olarıq.
Belə imkanları çox əldə etmirlər, düzdür. Amma az fürsət də yaxalamırlar. Bəla o fraqmentlərdə topu qapıya göndərməkdədir.
"Şamaxı" ilə son oyunu götürək. Birinci hissədə Ayxan Süleymanlı ilə Momo Yansanenin yaxın məsafədən qaçırdığı qol fürsətlərini məntiq heç cür qəbul edə bilmir və bilməz.
İki-üç metrdən qapıya düşməyi bacarmayan oyunçularla "Sumqayıt" tezliklə təhlükəli zonanın qapısından içəri keçəcək. Artıq o yoldadırlar. (Sportinfo.az)