Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi

GÜNDƏM 10 fevral 2025, 20:57
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə "Marqara" sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı xəbərləri şərh edib.

Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.

"Bununla bağlı hər hansı bir yenilik olarsa olarsa, biz bu barədə məlumat verəcəyik", – deyə Badalyan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 08:43
Top