İtaliya Ukraynaya görə çağırış etdi

DÜNYA 10 fevral 2025, 20:14
BRİKS üzvü olan ölkələr Ukraynadakı münaqişənin həlli üçün sülh konfransında  iştirak etməlidirlər.

Demokrat.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib.

O bildirib ki, keçən il İsveçrədə keçirilən model üzrə Çin, Braziliya, Cənubi Afrika, Hindistan və təbii ki, Rusiya və Ukraynanın iştirakı ilə sülh konfransının keçirilməsinin tərəfdarıyıq.

Tajani vurğulayıb ki, Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli üçün təmaslarda öz roluna uyğun hərəkət etməlidir. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top