![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2021/1/5/1/cd2dfba5-606e-4a5a-944b-9d861634e45a/hikmet-babaoglu.jpg)
USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, informasiya cəmiyyətində milli iradə üzərində diqtə etmək üçün ən səmərəli vasitələrdən biri mediadır:
“Buna görə də USAİD kimi təşkilatlar ilk növbədə öz məqsədlərini həyata keçirmək üçün informasiya subyektlərinə üz tuturlar. Artıq yayılan məlumatlardan da bəlli olur ki, öz məqsədlərini çatmaq üçün USAİD dünyada 700-dən çox media və 7000-ə yaxın jurnalist və yaxud jurnalistika sahəsində çalışan QHT-lərlə öz məqsədlərini çatmaq istəyib və onları maliyyələşdiribdir. Şübhəsiz ki, hazırda hibrid müharibələrdən danışan zaman bir də informasiya müharibəsindən danışırıq. Yəni, informasiya müharibəsi ən tez nəticə verə bilən və məqsədə gedən ən yaxın yolu təmin edən bir yoldur. Eyni zamanda beynəlxalq təşkilatları dövlətə qarşı qaldırmaq, ictimai rəyi dövlətin əleyhinə yönləndirmə funksiyasını asanlıqla yerinə yetirə bilir”.
Deputat əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi bütün qlobal tədbirlərin hamısında Azərbaycana qarşı antitəbliğat kampaniyası aparan təşkilatlardan biri də USAİD olubdur:
“Ən son COP29-da da müəyyən cəhdlər edildi. Düşünürəm ki, bu cəhd yenə uğursuz cəhd oldu. Amma bu da məsələnin hamısı deyil. Bizim üçün çox prinsipial bir məsələ idi, Azərbaycanın suveren hüquqlarını hər bir qarış ərazisində bərpa etmək. 2023-cü ildə buna nail olduq. Həmçinin, 2023-cü ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya keçirilirdi. Bu zaman da USAİD Azərbaycana qarşı antitəbliğat aparmaqla məşğul idi. Ona görə də hazırda Azərbaycan bu təşkilatın fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a məktub göndərib. Bunun anonsunu əslində Azərbaycan Prezidenti hələ ötən ilin sonlarında demişdi. Milli maraqlarımıza ziyan vuran, dövlətimizin imicinə qarşı fəaliyyət göstərən hər bir təşkilatın aqibəti bu şəkildə olacaq”.
Leyla Turan
Demokrat.az