![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/10/1/fe222e73-a554-4f17-9021-b794bc93f472/fdhghh.jpg)
“Konsertöncəsi proqram hazırlayarkən ilk solo konsertim yadıma düşdü. Necə sevgi, nə qədər sayğı və məhəbbətlə illər keçdi”.
Bu sözləri martın 8-də konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb.
İlk konsertinin görüntülərini paylaşan sənətçi videodakı oğlanı axtardığını bildirib:
“Bu illərdə mən də böyüdüm və nəsilləri də musiqimlə böyütdüm... Nə xoş. Videonun sonundakı oğlanı tapın, deyin 8 mart konsertimdə gözləyirəm. Nəzərə alın, video 97-ci ilindir”.
Qeyd edək ki, sənətçinin konserti Bakı Konqres Mərkəzində gerçəkləşəcək. (Publika.az)