![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/1/13/1/2a6027c4-f5ab-4a7a-b8f2-6b1815726c1a/vefat.jpg)
Fizika elmlər doktoru, professor Mahirə Əliyeva vəfat edib.
Demokrat.az xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mahirə Əliyeva Xasay qızı 16 sentyabr 1936-cı ildə Qubadlı rayonunda, ziyalı ailəsində anadan olub. 1953-cü ildə Qubadlı rayon orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) fizika-riyaziyyat fakultəsinə daxil olub, 1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinat əsasında Azərbaycan Elmlər Akademiyasının Fizika institutunun “Yarımkeçiricilər fizikası” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb. M.X.Əliyeva 6 müəlliflik şəhadəthaməsi və ixtiranın müəllifidir. Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professoru olub.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/8/1/405294be-d86e-46a4-be57-7bbef21e20b8/2a8cff79-93ac-4d6d-81f8-306687ce9834.jpg)
Jalə
Demokrat.az