Səyahət etmək istəyənlərə ŞAD XƏBƏR — Təyyarə biletləri UCUZLAŞDI

SOSİAL 08 fevral 2025, 09:33

Bu il fevralın 16-dək sərnişinlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin bütün beynəlxalq istiqamətləri üzrə aviabiletləri 25 % endirimlə əldə edə biləcəklər.

Demokrat.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təklif mayın 31-dək həyata keçirilən reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tariflərinə şamil edilir, lakin vergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: //www.azal.az/en/airline/mobile-applications/.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top