3 gündür axtarılan 17 yaşlı oğlanın meyiti tapıldı

KRİMİNAL 07 fevral 2025, 12:42
Ağcabədidə itkin düşən 17 yaşlı oğlanın cəsədi tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, fevralın 4-də Ağcabədi şəhəri, Babək küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ə.Həsənov polisə müraciət edərək həmin gün övladı Adilin evdən çıxaraq geri qayıtmadığını bildirib. Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top