"Paşinyan Trampla görüşün onun üçün böyük siyasi kapital olacağını düşünür"

GÜNDƏM 06 fevral 2025, 16:38
"Hələ ABŞ-dəki seçkilər ərəfəsində Azərbaycan bildirmişdi ki, biz seçkilərə müdaxilə etmirik, təsir göstərmək istəmirik. Azərbaycan Prezidenti qeyd etmişdi ki, Tramp dövründə ABŞ ilə münasibətlərimiz normal olub, inkişaf edib. Co Bayden dövründə isə Azərbaycana qarşı haqsızlıqlar oldu, ikili standartlara gedildi, Ermənistana dəstək göstərildi. Azərbaycanı bəzi məsələlərdən kənarda qoymaq istəsələr də, layiqli cavablarını aldılar".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib:


"Trampın başlatdığı yeni dünya düzənində Azərbaycan Türk Dövlətləri Birliyinin fəal üzvü olaraq öz layiqli yerini tutacaq. ABŞ prezidenti bilir ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Azərbaycan əhalinin sayına, iqtisadiyyatına, hərbi gücünə görə digər region ölkələrindən qat-qat güclüdür. Azərbaycam Aİ-yə dəstək verir, iqtisadi inkişaf edir, neft-qaz sahəsində irəlidə gedirik. ABŞ ilə münasibətlər Tramp dönəmində müsbət istiqamətə dönəcək. 
ABŞ-nin indiki dövlət katibi ermənipərəstliyi ilə seçilirdi. Düşünürəm ki, artıq o da Trampın qarşıya qoyduğu siyasəti yerinə yetirmək məcburiyyətində qalacaq, Azərbaycanla münasibətlərdə normallaşma olacaq. 

O bidlirib ki, Paşinyanın ABŞ-ə səfər etməsinə, görüşlər keçirməsinə baxmayaraq erməni diasporasının üzvləri belə onunla görüşmək istəmədilər:

"Paşinyan düşünür ki, Trampla görüş onun üçün böyük siyasi kapital olacaq. Trampın onunla görüşəcəyini düşünmürəm. Yaxın zamanda Azərbaycanla əvvəllər gərgin olan münasibətlər normallaşıb, inkişaf edəcək".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top