"Həm Pentaqon, həm də NATO hərbi xərcləri də artırmaq niyyətindədir" — Politoloq

DÜNYA 06 fevral 2025, 16:09
NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. O, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib. Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”, - Rutte deyib.

Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

“Mark Rutte hələ bir müddət Ukrayna münaqişəsinin davam edəcəyini deyib. Ukrayna münaqişəsi ilə bağlı fərqli fikirlər var. Fikirlərdən biri odur ki, yaxın vaxtda müharibə bitəcək. Digər bir məqam ondan ibarətdir ki, bu münaqişə hələ uzun müddət davam edə bilər. Münaqişənin uzun müddət davam etməsi Avropada əksiklik yaradır. Niderland, Danimarka və Almaniyada artıq yetəri qədər silah, tank, texnika sayı olmadığı ilə bağlı məlumatlar var. Münaqişə davam edərsə, həm Ukrayna göndərməyə, həm də Rusiya aqressiyası qarşısında müdafiə üçün daha çox silah ehtiyacı var. Müharibə Rusiyaya hansısa sərf edən yanaşmalarla bitsə mümkündür ki, Rusiyanın iştahı artsın”.

Politoloq əlavə edib ki, Rusiya daha əlavə ərazilər iddia edə bilər:

“Faktiki olaraq NATO rəhbərliyi ölkələri daha çox silah istehsal etməyə çağırır. Belə ki münaqişənin davam edəcəyini bildirir. Yəni, açıq şəkildə yüksək səviyyədə hərbləşdirməyə çağırır. Bu hərbləşmə nəticəsində Rusiyanın çəkinib hücum etməyəcəyi fikrinə gəlirlər. Burada ABŞ özü də istehsal etdiyi silahları satmaqda maraqlıdır. Eyni zamanda həm Pentaqon, həm də NATO hərbi xərcləri də artırmaq niyyətindədir. Bunu həm də kütləvi şəkilli hərbləşmənin, silahlanmanın bir mesaj kimi də alqılamaq olar”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top