Ermənistan sərhədə xarici qüvvələri toplayır. Eyni zamanda Ermənistan İranın düşmənlərini bölgəyə gətirib. İran nə üçün bu məsələyə reaksiya vermir?
Bununla bağlı politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın son zamanlarda Avropa İttifaqı və Qərblə olan yaxınlığı göz qabağındadır:
“Ermənistan sərhədində bir qrup Avropa İttifaqı və ABŞ-ın müşahidə missiyası var. Avropa İttifaqının müşahidə missiyasının tərkibində olan insanlar adi bir əsgər deyillər. Onların orada nə iş gördüyü və hansı əməllərə qulluq etdiyini Azərbaycan və yaxın qonşu dövlətlər çox yaxşı bilir. Çünki oradakı missiyanın nümayəndələri yalnız Azərbaycan tərəfini müşahidə edir. Qərb Ermənistanı doğru yoldan çəkindirərək Azərbaycana qarşı yenidən silahlanmasına, təlimlər keçirməsinə, müharibə etməsinə təşviq edir. Ermənistan xalqı və hökuməti bunlara inanmaqla məşğuldur. Bugünkü gündə biz Avropa İttifaqının oradakı missiyasının nümayəndələrinin getdikcə çoxalmasını müşahidə edirik”.
Politoloq əlavə edib ki, indi də Amerika əsgərləri orada təlimlər keçirir:
“Ümumiyyətlə, Amerikanın Ermənistan əsgərlərinə təlim keçərək, oradakı sərhədlərdə onlara yardım etməsi regionda böyük bir qalmaqal yaradır. Regionu sülhə doğru gedən yoldan geri çəkindirir. Təbii ki, ora gələn həmin o əsgərlərin missiyaları bəllidir. Yəni, onlar heç biri Azərbaycan və Ermənistanın müharibəsinin bitməsini istəmir. Regionda daha da böyük bir lokal olaraq bir ocağın sabit qalmasında məqsədləri var. Qərb Cənubi Qafqazda böyük bir çaxnaşma yaratmaq niyyətindədir. Qərbin İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstana qarşı həmlələri var. Bunu biz daha öncə Gürcüstan tipində də gördük. İndi də eyni duruma Ermənistan düşüb və Ermənistan da bugünkü gündə eyni vədlər alır və inanır. Region dövləti olaraq İranın ən çox apardığı müharibələr və ən çox etdiyi həmlələr proksi qüvvələrinin üzərindən olub. Biz artıq İranın gücünün azalmasını görürük. İranın Ermənistanla olan münasibəti də eyni qaydadadır. Yəni, bugünkü gündə İran Ermənistana deyə bilmir ki, bura bu qüvvələri gətirmə. Onun buna gücü yetmir”.
Leyla Turan
Demokrat.az