ABŞ Konqresi USAID-in ləğvi ilə bağlı həyəcan təbili çalır

DÜNYA 04 fevral 2025, 21:48
Minnesota nümayəndəsi İlhan Ömər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvini tənqid edib və bunun bütün dünyada amerikalıları riskə atacağını deyib. 

Demokrat.az
xəbər verir ki, onun sözlərini The Hill sitat gətirir. 

Onun sözlərinə görə, Tramp administrasiyasının bu cür hərəkəti   cinayətdir. Çünki USAID-in bütün dünyada e-poçt və fövqəladə hallar proqramlarına çıxışa əsaslanan böhrana cavab qrupları var, indi onlara giriş bağlanıb.

O bildirib ki, bu, təkcə Elon Mask və Tramp administrasiyasının Amerika yardımını ələ keçirmək addımı deyil, həm də bütün dünyada amerikalıları risk altında qoymaqdır. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top