Bir çox məşhurların oxşarları var və futbolçular da istisna deyil.
Demokrat.az xəbər verir ki, Braziliyada Kilian Mbappenin oxşarını kəşf ediblər. O, Resifedə yaşayır, yerli “Santa Kruz” klubunun pərəstişkarıdır və videolar çəkməklə məşğuldur.
Onun sosial şəbəkə hesabının yuxarı hissəsində “İki uşaq atası və rəsmi Mbappe oxşarı (yalnız əskik olan onun maaşıdır)” yumoristik yazısı yer alıb. Braziliyalı saçlarını fransız futbolçu kimi kəsdirib və bu obrazdan hər cür istifadə edir.
Hesab “mpabbe_tricolor” adlanır. Bu, qəhrəmanın dəstəklədiyi “Santa Kruz” klubunun rəngləri ilə bağlıdır. Rəngləri qırmızı, ağ və qaradır. Digər tərəfdən, Fransanın bayrağı üçrənglidir, ona görə də hesabın adı kifayət qədər orijinaldır.
Cəmi 5 min abunəçisi olmasına baxmayaraq, kanalındakı videolardan biri 13 milyon baxış toplayıb. İstifadəçilərin maraqlı şərhləri də göz oxşayır:
julliobzr: “Lənət olsun, bu süni intelektdir, bu qədər oxşar ola bilməz”.
paulotorres551: “Onlar əkizlərdir!”
rodrigobonatto_: “Bu oğlan Mbappenin özündən çox Mbappeyə bənzəyir”.
gustavo_imperioo: “Mən bu oğlanın fanatı oldum”.
pedro_santosoficial: “İndi başım qarışdı: Mbappe “Real”dan gedib?”
marcio_mr_moveis: “Bu şəxs başqa ölkədə görünsə, əcnəbilər onun o olduğunu düşünəcəklər, elə deyilmi?”
Jorgedantas__: “İnana bilmirəm ki, bu, onun normal üzüdür, bu oğlanda filtir var”. (aut.az)