Unun qiyməti nəyə əsasən tənzimlənir?

GÜNDƏM 04 fevral 2025, 15:44
"Bazarda hər hansı məhsulun qiyməti müştərinin çoxluğu və azlığı, məhsula olan tələb və təklif əsasında formalaşır. Azərbaycanda unun qiymətinin tənzimlənməsində dövlət iştirak edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib. 

"Dövlət vergi və ya tariflər vasitəsi ilə unun qiymətinin tənzimlənməsində iştirak edir. Ancaq un kimi məhsullar bazar baxımından elastikliyi az olan məhsullardır. Bu o deməkdir ki, bu tip məhsulların bazarda qiyməti qalxsa da onlara tələb azalmır və ya çox az azalır. İstənilən qiymət olduğu halda belə una olan tələb yüksəkdir, ehtiyac olunandır. Unun qiymətinin artması ona tələbatı azalda bilmir. Sadəcə olaraq qida təhlükəsizliyi, unun zəruri ərzaq məhsulu olması dövlətin diqqətindədir. Qiymət artımı tələbatın azalmasına yox, sosial narazılığa gətirib çıxarır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top