"Vecimə deyil" — Tənqidlərə cavab verdi (VİDEO)

ŞOU-BİZNES 04 fevral 2025, 15:14
Əməkdar artist Vasif Məhərrəmli "xaş hambal yeməyidir" sözlərinə görə tənqid olunmasından danışıb. 

Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində sarımsaq yeyib küçəyə çıxanları tənqid edib. 

"Mən xaşı limonla yeyirəm. Sarımsaq yemisənsə, küçəyə çıxma. Kim necə başa düşürsə, vecimə deyil, umruma da deyil" deyə, V.Məhərrəmli əlavə edib. 

Qeyd edək ki, "Xaş hambal yeməyidir. Əsrin əvvəlində İrandan bura olan axında əziyyət çəkən hamballar olub. Heyvanın baş-ayağını atırmışlar. Hansısa bir hambal götürür onu bişirir və nəticədə xaş olur" deyən müğənni tənqid olunub. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top