Paşinyan qondarma “erməni soyqırımı” ilə bağlı yeni bəyanatlar verdi

REGİON 04 fevral 2025, 14:00
"Mənim "erməni soyqırımı" (qondarma - red.) haqqında son bəyanatım böyük rezonans doğurdu. Bu, məhz bizim müstəqil həyatımızın mümkünsüz olmasını təmin etməyə çalışan qüvvələrə aiddir. Onların əsas məqsədi bizi idarəolunan hala gətirməkdir".

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-dakı erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.

Paşinyanın sözlərinə görə, bu qənaətə baş nazir olduqdan sonra gəlib və əvvəllər belə bir nəticəyə gəlmədiyinə təəssüflənib.

"Mən müxtəlif ölkələrin rəhbərləri ilə eyni söhbəti aparmışam. Onlar mənə deyirlər ki, bu dünyada hər kəsin öz rolu var, sizin rolunuz isə əzab çəkməkdir. Bəs biz niyə narahat oluruq? Biz artıq başa düşmüşük ki, əzab çəkmişik, bir çox hallarda siz də buna töhfə vermisiniz. Amma biz artıq əzab çəkmək, ölmək istəmirik. Biz adi xalq olmaq istəyirik. Biz istəyirik ki, Ermənistanda adi insanlar adi həyat yaşasınlar və özlərini əzabkeş bir xalqın nümayəndəsi kimi hiss etməsinlər.

Düşünürəm ki, bu, çox vacib məsələdir və biz bunu milli səviyyədə müzakirə etməliyik. Mən istəmirəm ki, bu, bizim tarixi missiyamız, dünyadakı rolumuz və mövqeyimiz olsun. Biz əzabkeş olmamaq üçün var gücümüzlə mübarizə aparacağıq" - deyə Paşinyan vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top