Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”da ayrılıq yaşanıb.
Demokrat.az xəbər verir ki, “cimbom”un müdafiəçisi Viktor Nelson “Roma”ya transfer olunub.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu mövsümün sonuna kimi icarə əsasında A Seriyası təmsilçisinin heyətində çıxış edəcək.
“Roma” oyunçu üçün Türkiyə klubuna 500 min avro ödəniş edəcək.
Futbolçunun satınalma bədəli 10 milyon avro + 2 milyon avro bonus olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, Nelson bu mövsüm “Qalatasaray”ın heyətində 18 rəsmi matçda iştirak edib.