İtkin Şəhidin məzarı 32 il sonra TAPILDI

GÜNDƏM 03 fevral 2025, 14:14
Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra tapılıb və bu barədə ailəsinə xəbər verilib.

Demokrat.az xəbər verir ki, 32 ildir itkin düşmüş kimi qeydiyyatda olan Cəbrayıl rayonunun Horovlu kənd sakini Müşfiq Quliyevin nəşinin Beyləqan şəhərindəki qəbiristanlıqda naməlum şəhid kimi dəfn olunduğu üzə çıxıb. Şəhidin qalıqlarından DNT analizi üçün götürülmüş nümunələr onun kimliyini rəsmən təsdiqləyib.

Bununla da 32 ildir övladını axtaran Quliyevlər ailəsinin gözü yollardan yığılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top