Şimal bölgəsində bir gündə 8 min ağac əkilib — FOTOLAR

GÜNDƏM 01 fevral 2025, 20:30

Növbəti meşəbərpa tədbirləri bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib. 

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq  palıd, cökə, Eldar şamı  və qoz tingi əkilib.

O qeyd edib ki, ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

 






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 00:29
01 fevral 2025, 20:12
Top