Hakan Fidan Sergey Lavrovla Suriyadakı vəziyyəti və regional məsələləri müzakirə edib

DÜNYA 31 yanvar 2025, 19:50
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

“Report” xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər.

Hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb, bu ölkədəki siyasi keçid prosesinin inklüziv olmasının əhəmiyyəti qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 yanvar 2025, 22:13
31 yanvar 2025, 20:26
Top