I Pyotr general Matyuşkinə salyanlı Qəbulə xanım barədə: "Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin", - deyə bildirirdi. Bunu Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazıb.
Nə baş vermişdi ki, imperator özünün say-seçmə generallarından birinə belə vahiməli və qorxunc bir təlimat verir və Qəbulə xanımla ehtiyatlı davranmağı ona tövsiyə edirdi?
1723-cü ilin 16 sentyabrında Peterburqda general Matyuşkinlə I Pyotr arasında Salyan barədə söhbət oldu. Elə həmin il, Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təəbəliyini qəbul etdi. Bakı komendantı knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi sərəncam verildi. Bir neçə gün sonra podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil oldu və rus hərbi qüvvələri Kür çayının sahilində naib Həsən bəyin malikanəsinin qənşərində qərargah qurdular.
Həsən bəy podpolkovnik Zambulatovla Rusiya təəbəliyini qəbul etmiş müsəlman naib kimi davranırdı. Bir gün Zambulatov hərbi heyətin səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafətə qatıldı. Ziyafət zamanı otağa silahlı adamlar girdi və Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdığına görə, xüsusi amansızlıqla törədildi.
...Kürün mənsəbinə nəzarət edən kapitan-leytenant Saymonovun jurnalına (səyahətnaməsinə) istinad edən Millerə görə, bu qanlı hadisənin arxasında naib Həsən bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı.
1869-cu ildə Peterburqda nəşr olunmuş "Materialı dlə novoy istorii Kavkaza s 1722 po 1803 qodğ" kitabında Butkov bu qanlı hadisənin geniş təfsilatını yazıb. Hadisə Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində də işıqlandırılıb. Bakıxanov da, görünür, Saymonovun xatırlanan qeydlərindən qaynaqlanaraq, Qəbulə xanımın tarixi obrazını daha qabarıq təqdim edir: "Zambulatov, öz batalyonu ilə gedib Kür çayı sahilində, o yerin hakiməsi, Salyan sultanı Həsən bəyin hərəmi Qəbulə xanımın sarayı qarşısında ordugah qurdu... Qəbulə xanım dostluq və ixlas göstərib, bir gün Zambulatovu bütün zabitlərlə bir yerdə qonaq çağırdı. Xörək yeyildiyi zaman, otağa müsəlləh adamlar girib, onların hamısını öldürdülər".
Qəbulə xanım niyə belə etmişdi?
Hadisənin gerçək üzünü və mahiyyətini təkcə tarixçi kimi deyil, həm də bir Azərbaycan qadını olaraq fəhm edən Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" əsərində bildirirdi ki, "əlli ildən sonra rus hərbçilərinə bu cür divan tutulması yalnız yaxın qohumların intiqamının alınması ilə izah edilə bilər".
Özünün də salyanlılarla (Əli bəy Hüseynzadənin nəsli ilə) yaxın qohumluq əlaqəsi olan professor Sara Aşurbəyli aradan keçən hansı əlli ili nəzərdə tuturdu? Məsələ də elə həmin bu əlli il söhbətindədir.
Burada sözə qüvvət olsun deyə, əvvəlcə 1667-68-ci illərdə Salyanı gəzib-dolaşan Övliya Çələbinin "Səyahətnamə"sindən bir məqamı xatırlatmaq istəyirəm: Çələbi yazırdı: "Bəzən Moskva kazağı kənarı sazlı gəmilərlə Kür nəhrinə girib əcəm şəhərlərini nəhb (yağma) və qarət edərlər. Aldıqları əsirləri Gilan bazarına aparıb satarlar". Tarixdən isə bəllidir ki, şəhərləri yağma və qarət edən, oğurladığı adamları Gilan bazarına aparıb satan Moskva kazaklarının başında Stepan Razin dayanırdı. 1667-ci ildə Salyana basqın edərək, yerli xanın qızını da əsir götürən Razin bu "gözəl və əsilzadə qızı" Gilan bazarına aparmamış, onu öz yanında saxlamışdı. Bunu, dediyim kimi, "kənarı sazlı" gəmidəkilərdən biri, Razin tərəfindən əsir götürülmüş holland əsilli İsveç səfiri, hadisənin şahidi Lüdviq Fabritsius yazıb.
"Zapiski inostrançev o vosstanii Stepana Razina" (Leninqrad, 1968) kitabında Lüdviq Fabritsiusun təxminən, 1670-ci ildə şahidi olduğu bir hadisə nəql olunur: "Stenka əvvəlcə gözəl və əsilzadə tatar qızı qeyri-adi şəkildə qurban verdi. Onu bir il əvvəl əsir almışdı... Qəfil, sübh tezdən geri çəkilmək ərəfəsində o, yataqdan qalxdı, yazıq qızcığaza ən gözəl libaslarını geyindirdi və dedi ki, ötən gecə Yaik (Ural) çayının tabe olduğu su tanrısı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki, Stenka artıq üç ildir ki, uğurlar qazanır, İvan Qorinoviçin köməkliyi ilə xeyli var-dövlət toplayıb, amma öz vədlərini yerinə yetirmir. Axı, o, ilk dəfə Yaik çayına səcdə edərkən Qorinoviçə vəd etmişdi ki, "əgər sənin köməyinlə uğur qazansam, əldə etdiyim ən yaxşı şeylərdən sənə də verəcəyəm". Bundan sonra bədbəxt qadını götürdü. Bu sözləri deyib onu çaya atdı: "Ey qoruyucum, bunu qəbul et, mənim sənə iltifat etməyə, yaxud qurban verməyə bu gözəl qadından başqa yaxşı heç nəyim yoxdur".
Salyan naibi Həsən bəyin xanımı Qəbulə xanımla I Pyotr arasında gizli-aşkar şəkildə təzahür edən qan düşmənçiliyi Ural çayında Razinin İvan Qorinoviçə qurban verdiyi əsilzadə və gözəl salyanlı qızın, Salyan xanının nakam balasının Qəbulə xanım tərəfindən əlli ildən sonra alınmış qisasıydı ki, o dövrdə Rusiyanı məhvərindən oynatmışdı. Lakin, fikrimcə, bu qisas hadisəsi ailə, nəsil çərçivəsini aşaraq, milli şərəfin təhqir olunmasına, rus işğalına dözə bilməyən bir türk xanımının I Pyotra acıqlı, qanlı cavabı səviyyəsinə yüksəlir. Əlli il əvvəl oğurlanaraq, sonra da öldürülmüş bəy qızının ruhu naminə Qəbulə xanımın qisası namus davası şəklində belə gerçəkləşmişdi!
Dövrün tarixi situasiyası çox mürəkkəb və gərgindir. Hadisənin yalnız qisas amili ilə bağlanması məsələnin mahiyyətinə tam aydınlıq gətirmir. Qəbulə xanımın gerçəkləşdirdiyi aksiya rus işğalına qarşı ilk böyük qiyam kimi dəyərləndirilməlidir. 1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bütün zabit heyəti zərərsizləşdirilmişdi. Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus tarixçiləri də buna biganə qala bilməmişdilər.
Razinin qurban verdiyi gözəl azərbaycanlı qızı ilə Qəbulə xanım arasındakı qan bağlılığını ilk dəfə xatırlatdığım kitabında Sara Aşurbəyli irəli sürüb. Lüdviq Fabritsiusun qeydlərini də ilk dəfə tarixi kontekstə o daxil edib.
Stepan Razinin öldürdüyü salyanlı qızla Salyan naibi Həsən bəyin xanımı Qəbulə xanımın qohumluq əlaqəsi hansı dərəcədə olub, bunu aydınlaşdırmaq, əlbəttə, indi çox çətindir, bəlkə də heç mümkün deyil. Ancaq görünür, Salyanın xan ailəsində Qəbulə adı təsadüfən təkrarlanmır, nəsildən-nəslə səbəbsiz olaraq ötürülmür. Salyan qazisi Molla Məhəmmədin qızı Qəbulədən naib Həsən bəyin xanımı Qəbuləyə qədər bu irtibat və bağlılıq ardıcıl olaraq davam edir. Görünən odur ki, bu Qəbulələr eyni adamlardır. Salyan qazisi Molla Məhəmmədin Xədicə Bikə ilə evliliyindən doğulmuş tək qızı Qəbulə Azərbaycan tarixindən izsiz-soraqsız ötüb keçmir. Bakıxanovun bildirdiyi kimi, "Salyan nahiyəsinin bütün əmirləri" Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilirdi.
Nədənsə, heç kəs Qəbulənin sonrakı taleyini araşdırmır. Heç kəs Bakıxanovun bildirdiyi "Salyan nahiyəsinin bütün əmirləri Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilir" hökmünün izinə düşmür. Qəbulənin bir qızı olub və ananın da, balanın da sonrakı aqibətindən tarixdə heç bir nişanə və iz yoxdur. Bəs Qəbulənin nəsli kimlərdir, bu nəsil hansı xətlə davam edir?..
P.Q.Butkovun bildirdiyinə görə, elə həmin il, yəni 1724-cü ildə I Pyotr Kürün mənsəbində - Salyan ərazisində şəhər qurmaq niyyətini açıqlamışdı: "Pravda, skazalğ posemğ Qosudarğ, Salğənğ strana izrədnaə, ne daleko ot morə, i v razsujdenii seqo to mesto, na kotorom predlojilğ Saymonovğ bıtğ qorodu, vıqodnee. Deəniə Petra Velikoqo, 407"
Daha doğrusu, nəzərdə tutulan bu şəhər Xəzərin bütün qərb sahilləri üçün istehkam, liman və böyük iqtisadi məkan olacaqdı. Bakıxanovun bildirdiyinə görə, hətta general Matyuşkin 300 nəfərlə birgə gəlib yeni salınacaq şəhərin yerinə də baxmışdı. Mayın 20-də Qəbulə xanımın törətdiyi qanlı hadisədən sonra Pyotr general-leytenant Matyuşkinə verdiyi və icrası Saymonova tapşırılmış əmri ləğv etdi.
***
Hadisə elə tarixi mərhələdə baş verirdi ki, bir il əvvəl, yəni 1723-cü ildə Bakı Pyotrun qoşunları tərəfindən işğal edilmiş, I Pyotr məhz o zaman - 1724-cü ildə "üç ermənini katolikos İssaya ilə birlikdə qəbul etmiş, "ermənilərə əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşdirmək" barədə onların xahişini dinləmişdi. Ermənilər heç bir ödəniş vermədən Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək üçün çarın icazəsini almaq" istəmişdilər (bu barədə 1996-cı ildə nəşr olunmuş "Azərbaycan tarixi" kitabında "Skazka o trex armyanskix upolnomoçennıx" SQADA, f. .Qos.Arxiv, r. XV, d.37, 1724-1726, ç. 2, II. 307 ob., 308" sənədlərə istinadən ətraflı yazılıb).
I Pyotr isə general-leytenant Matyuşkinə göndərdiyi məktubda erməniləri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Salyanda yerləşdirməyi tapşırmışdı. Çar, yerli əhalini qovaraq, sıxışdıraraq buraları erməni yurduna çevirmək niyyətindəydi. Həm də onlara Bakıda və Salyanda, Gilanda və Dərbənddə hər cür qayğı göstərilməsi barədə fərman vermişdi. Qəbulə xanım həm də bütün bunların reallaşmasının qarşısını almışdı.
Bu, ümumən, Azərbaycan tarixinin ən ciddi məqamlarından biridir. İki il əvvəl Şamaxıda baş vermiş hadisə başqaydı. Qəbulə rus tacirlərini deyil, rus hərbçilərini zərərsizləşdirmişdi. Bu, daha çox Çar Rusiyasının istila və işğal hərəkatına qarşı Azərbaycanda ilk açıq və böyük qanlı etirazdır və onu Salyan qazisi Molla Məhəmmədin qızı Qəbulə xanım belə sərt bir inadla gerçəkləşdirmişdir.
Ancaq əvəzində siyasiləşmiş tarixçilər Salyandakı hərəkəti ilə Peterburqu silkələyən o böyük xanımı tarixin qapısı arxasında saxladı. Abidələşməsinə imkan vermədi. Qəbuləni öz halal ocağına - övladlarının yaddaşına yaxın buraxmadı...
Uzun illər Qəbulə xanımın tarix kitablarımızda nəzərə çarpmayan varlığı dərin və düşündürücü suallar doğurur. Məsələ burasındadır ki, I Pyotr salyanlı bir türk qızını özü və səltənəti üçün bu miqyasda təhlükə mənbəyi olaraq görürsə, çar düşmənlərinin xalq qəhrəmanı kimi ideallaşdırıldığı sonrakı dövrlərdə də Qəbulə xanım qəsdən unudulub və unutdurulubsa, deməli, onun nadir şəxsiyyəti barədə dərindən düşünməyə dəyər...
Azər TURAN
Şimal küləyi