Azərbaycanda süni intellekt strategiyası hazırlanır — Baş nazir

SİYASƏT 31 yanvar 2025, 12:28
Azərbaycanda süni intellekt strategiyası hazırlanır.

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda "Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.

"Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir", - o bildirib.

Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.

"O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - Əli Əsəsdov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top