Astrologiya üzrə çinli ekspert Yudola Belimirova fevral ayının ən təhlükəli günlərini açıqlayıb.
Demokrat.az xəbər verir ki, o, bu barədə "Moskva 24"ə açıqlamasında danışıb.
Ekspert bildirib ki, fevralın 5-i, 8-i, 14-ü, 17-si və 20-si ayın ən təhlükəli günləri olacaq.
Onun sözlərinə görə, Çin təqvimi təkcə illəri deyil, həm də ayları və günləri idarə edən 12 heyvanın enerjisinə əsaslanır. Eyni zamanda, onların enerjiləri bir-biri ilə qarşılıqlı əlaqədə olur, pis və yaxşı birləşmələr yaradır.
Fevral Pələng ayı olacaq. Buna görə də, bu zaman enerji baxımından ən çətin günlər pələngin antaqonisti olan Meymun günləri - fevralın 8-ci və 20-ci günləri olacaq.
"Pələng, Meymun və İlanın birlikdə "odlu cəza" adlanan əlverişsiz enerji birləşməsini meydana gətirməsi vəziyyəti daha da ağırlaşdırır", - deyə astroloq bildirib.
"Belə günlərdə çox əziz insanla təsadüfən mübahisə etməmək üçün daxili vəziyyətinizə, insanlarla münasibətlərinizə daha çox diqqət yetirməlisiniz. Üstəlik, gecikmə riski olsa belə, heç yerə tələsməməlisiniz", - deyə Belimirova xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, belə günlərdə ən faydalısı kimə və nəyə minnətdar olduğumuzu xatırlamaq, sevdiklərimizə həyatımızda olduqları üçün təşəkkür etməkdir.
Bundan əlavə, fevral ayında İlan günləri də təhlükəli olacaq - bunlar beşinci, on dördüncü və on yeddinci günlərdir.
"Bu günlərin enerjiləri qəzalar, xəsarətlər, travmalar və insan təqsiri üzündən baş verən hər hansı kataklizmlər riskini aktivləşdirir. Emosionallıq artacaq, amma diqqət azalacaq. Buna görə də, bu tarixlərə qədər yaxşı yatmaq daha yaxşıdır, həmçinin İlan günlərində heç bir halda riskə getməyin", - deyə astroloq izah edib. (Baku.ws)