Ədviyyatlı qidalar, xüsusilə bibərin həddindən artıq istehlakı mədə xərçəngi inkişaf riskini artırır.
Demokrat.az xəbər verir ki, bu barədə tayvanlı hematoloq və onkoloq Li Xijin açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, acı bibər faydalı xüsusiyyətlərinə baxmayaraq, mədə selikli qişasını qıcıqlandırır.
Belə qıcıqlanma nəticəsində orqanın daxili səthinin daimi iltihabı son nəticədə onkoloji proseslərin başlanmasına səbəb ola bilər.
Li Xijin mədə xərçəngi riskini artıra biləcək digər amillərə də diqqət çəkib. Onların arasında tütün, alkoqol və turşu qidaların istifadəsi var.
Mədə xərçənginin simptomları erkən mərhələlərdə müxtəlif və qeyri-spesifik ola bilər. Bunlara həzm problemləri, iştahsızlıq, sürətli doyma, qarın nahiyəsində ağrı, şiş və yorğunluq daxildir. Mütəxəssislər tövsiyə edir ki, belə simptomlar görünsə, vaxtında diaqnoz üçün həkimə müraciət etməlisiniz.
Əfsanə Kamal
Demokrat.az