"Hər il bu məsələ təhsildə baş verir. Ayrı-ayrı regionların nəticələri Bakı və Sumqayıtın nəticələrindən daha üstün ola bilir. O demək deyil ki, Bakıda yaşayırsanızsa, nəticələriniz daha üstün olacaq. Bu məsələyə təsir edən amillər var. Əvvəla, regionda olan uşaqların sosial şəraiti, şəhərdə olan şagirdlərin sosial şəraitlərinə nisbətən zəifdir. Onlara daha yaxşı şəraitdə yaşamaq, təhsil almaq üçün motivasiya mənbəyi məhz şəhərə düşmək arzusudur. Bu, onlara çox motivasiya edir. Bu, məsələnin bir tərəfidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, məsələnin ikinci tərəfi regionlarda həyatın Bakıya və iri şəhərlərə nisbətən daha ucuz olmasıdır:
"Orada repetitor ödənişi daha ucuzdur və rəqabət daha böyükdür. Region repetitorları şagirdlərlə daha az ödəniş qarşılığında daha çox məşğul olurlar. Onların nəticələri də bir çox hallarda Bakıda olan repetitorların nəticələrdən daha yaxşı olur. Bu, normaldır. Çünki regionda bizim repetitorlarla məşğul olan müəllimlərin sayı kifayət qədər olsa da, uşaqların sayı kifayət qədər deyil. Nəticə etibarilə qiymət də Bakıya nisbətən iki dəfə, hətta üç dəfə azdır. Repetitorlar daha az qiymətə, daha çox məşğul olmaqla, daha yaxşı nəticə əldə etmək istəyirlər. Çünki hazırlaşdırdığı uşaqların nəticələri birbaşa onların fəaliyyətinə təsir edir. Beləliklə, bu iki amil regionlarda abituriyentlərin nəticələrini həmişə daha yüksəyə aparır".
Əfsanə Kamal
Demokrat.az