Şəmkirdə 31 yaşlı kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 04 iyun 2025, 19:07
Şəmkir rayonunda 1994-cü il təvəllüdlü Elnur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ruhiyyəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 2-də Şəmkir rayonunun kəndində baş verib. Elnur yaşadıqları evdə Ruhiyyə ilə aralarında ailə məişət zəminində, yəni Ruhiyyənin kirayədə yaşadıqları evə getmək istəmədiyinə görə baş vermiş mübahisə zamanı yumruqla bir dəfə sifətinə, başına vurub. 

Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, fevralın 2-də, saat 16 radələrində Şəmkir rayonunun kəndində yaşadığı evdə olan zaman arvadı Ruhiyyəyə kirayədə qaldıqları evə getmək üçün hazırlaşmasını deməsini, lakin Ruhiyyə onunla getmək istəmədiyi üçün aralarında mübahisə baş verib. Onun ifadəsinə görə, mübahisə zamanı əli ilə bir neçə dəfə Ruhiyyənin sifətinə, başına vurub, ona xəsarət yetirib. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Bu səbəbdən Elnurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top