Pensiyaçılara ŞAD XƏBƏR!

SOSİAL 04 iyun 2025, 18:56
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top