Abşeron rayonunda 1962-ci il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Valehə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 25 sentyabr 2024-cü ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində baş verib.
Bəhruz həmin gün saat 12 radələrində yaşadıqları evdə oğlu Valeh ilə sonuncunun evin qapısını kilidləməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmində baş vermiş münaqişə zamanı onun bədəninin müxtəlif nahiyələrinə, baş nahiyəsinə yumruq, təpik və dabankeşlə qəsdən vurub.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2 övladı var, onlardan böyük olanı zərərçəkmiş Valehdir: “Təxminən 2017-ci ildə Valeh ailə həyatı qurdu. Həmin vaxt həyat yoldaşım, Valeh və ailəsi birlikdə Ceyranbatan qəsəbəsində birlikdə yaşamışıq. Valehin 2 övladı olub. Onunla münasibətlərim ata oğul münasibəti kimi yaxşı olub. Son iki ildir ki, Valeh mənə qarşı dəyişib. Valeh məni 2 ildir ki, danışdırmır. Ona heç vaxt əl qaldırmamışdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü gündüz vaxtı həyat yoldaşı və o həyətdə oturan zaman Valeh evin qapısını kilidləyib: “Qapını döyərək Valehin qapını açmasını istədim. Lakin Valeh buna əhəmiyyət vermədi. Təkrarən qapını möhkəm döyərək, onun qapını açmasını istədim. Həmin vaxt Valeh əsəbi halda qapını açaraq məni nalayiq küçə ifadələri ilə söydü. Əsəbləşdiyimdən qapının yanında olan dabankeşlə onun çiyin nahiyəsinə vurmaq istəyən zaman Valeh kənara çəkildiyindən dabankeş onun baş nahiyəsinə dəydi və onun baş nahiyəsindən qan gəldi. Bundan sonra xəstəxanaya getdim. Sonradan etdiyim əmələ görə peşman oldum. Valeh məni söydüyü üçün özümü cilovlaya bilmədim, ona xəsarət yetirmişəm. Həmin vaxt həyat yoldaşım həyətdə olub. Valehin azyaşlı övladları da evin ikinci mərtəbəsində olular. Hadisə mənə pis təsir etdiyindən həmin dabankeşi sonradan evin yaxınlığında olan zibil yeşiyinə atdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Valehin sözlərinə görə, 2015-ci ildə ailə həyatı qurub: “Həmin vaxtdan bəri atam və anam ilə birlikdə onlara məxsus evdə yaşamışıq. Özümü tanıdığım vaxtdan bəri atam və anamla soyuq münasibətdə olmuşam. Onlarla birlikdə yaşasam da, onlarla çox ünsiyyətdə olmamışam. Lakin onlarla dalaşmışam”.
Valehin ifadəsinə görə, sentyabrın 25-də, saat 12 radələrində evdə hamamda çimən zaman, atası Bəhruzun evin qapısını təpik və yumruqla qırmaq istəməsini eşidib: “Həmin vaxt qapını açaraq çıxan zaman atam köynəyimdən tutdu, məni evin həyətinə çəkdi. Həmin vaxt atam məni qapını açmadığıma görə təhqir edərək, təpik və yumruqla bədənimin müxtəlif nahiyələrinə, daha sonra dabankeşlə də baş nahiyəmə xəsarət yetirdi Bundan sonra başımdan qan açıldı və onun əlindən çıxıb bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Sonra polis əməkdaşları oraya gəldilər və mən həmin evdən çıxdım”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Bu səbəbdən Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az