Rusiya onu Saakaşvilinin yanına göndərməyi təklif edir

DÜNYA 27 yanvar 2025, 19:25
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ölkəsini Qərb xüsusi xidmət orqanlarının maraqlarına qurban edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq komitəsi sədrinin birinci müavini Vladimir Cabarov öz Telegram kanalında bildirib.

O bildirib ki, Gürcüstan hakimiyyəti xalqın hörmətini qazanmaq üçün keçmiş liderlə məsələni həll etməlidir:

“Onun ölkəyə girişinə icazə verməməli və ya hazırda həbsdə olan Mixail Saakaşvilinin yanına göndərməlidirlər. Əks halda, Zurabişvili Avropa hakimiyyət orqanlarına Gürcüstanın Rusiya tərəfindən işğalından şikayət etməkdə davam edəcək”.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 yanvar 2025, 23:50
Top